Rusiyada neft emalı zavodu fəaliyyətini dayandırdı

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada neft emalı zavodu fəaliyyətini dayandırdı

Dünya

06 Oktyabr 2026 21:03 114


Rusiyanın Lukoil şirkətinin Volqoqrad Neft Emalı Zavodu pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində avadanlıqlara dəyən ziyana görə 2 oktyabrda xam neft emalını tamamilə dayandırıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Vilayət administrasiyası qubernator Andrey Boçarova istinadən 2 oktyabrda regionun sənaye infrastrukturuna kütləvi dron hücumu barədə məlumat verib, lakin PUA hücumundan zərər görən byektlərin adını çəkməyib. pizza

Lukoil şirkətindən isə məsələ ilə bağlı şərh verilməyib.

Qeyd edək ki, Volqoqrad Neft Emalı Zavoduna əvvəlki böyük dron hücumları bu ilin 29 may və 31 iyul tarixlərində baş verib və ciddi ziyana səbəb olub.

Volqoqrad Neft Emalı Zavodu ildə təxminən 14 milyon ton xam neft emal etmək gücünə malikdir. Bu isə Rusiyada ümumi emal gücünün təxminən 5%-i deməkdir.\Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!