“Gürcüstan hakimiyyəti rusiyalı investorlara nəzarəti gücləndirməlidir”.
Yenisabah.az “Forbes”ə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Salome Zurabişvili deyib.
O qeyd edib ki, rusiyalı investorlara Gürcüstan vətəndaşlığının verilməsinin əleyhinədir. Dördpendirli pizza
“Rus biznes investorları üzərində nəzarət olmalıdır, Rusiyadan olan ruslar, kiprli ruslar, İsraildən olan ruslar. Mən Rusiyadan olan investorlara vətəndaşlıq verilməsini qəti şəkildə əngəlləyirəm. Gürcüstan hakimiyyəti Rusiya investorlarına nəzarəti gücləndirməlidir”, – S. Zurabişvili qeyd edib.
Prezident, həmçinin, vurğulayıb ki, belə investorların ölkədə işləməsi üçün yaşayış icazəsi lazımdır.
Telegram kanalımız