Rusiyadan Türkiyəyə təyyarə biletləri 3 dəfə bahalaşıb.
Yenisabah.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, "Türk Hava Yolları" Moskva-İstanbul reysinin sentyabrın 25-dək bütün biletlərinin satıldığını açıqlayıb.
Eyni zamanda qiymətlərdə kəskin artım var. Belə ki, bir həftə əvvəl Türkiyə istiqamətində 22 min rubla satılan birtərəfli biletlərin qiyməti Rusiya prezidenti Vladimir Putinin qismən səfərbərliklə bağlı qərarından sonra 70 min rubla, yaxud 21 min türk lirəsinə yüksəlib.
Bildirilib ki, uçuş üçün bilet tapa bilməyənlər tranzit olaraq Gürcüstanın paytaxtı Tbilisiyə oradan Türkiyəyə uçmağa çalışırlar.
Telegram kanalımız