Rusiyalı müğənni Qriqori Leps xaricdə çıxış edə bilməməsi ilə üzləşdiyini deyib.
Yenisabah.az "WomanHit"ə istinadla xəbər verir ki, sənətçi Londona konsertlə gedə bilməyəcək. 4 ay sənədləri yoxladıqdan sonra Lepsə viza verilməyib.
O bildirib: "Sevimli şəhərimiz, amma daha məni ora getməyə qoymurlar". pizza
Növbəti il Leps Almaniyaya konsert turu keçirməyi planlaşdırırdı. İndi müğənninin çıxışları sual altındadır. Koronavirus pandemiyasına görə konsertlər artıq bir neçə dəfə təxirə salınıb.
“Mövcud reallıqları və çılğınlaşan dünyada baş verənləri nəzərə alsaq, bunun necə olacağını bilmirəm. Amma mən həmişə hazıram: çamadanım həmişə doludur, onsuz da gedə bilərəm”, - deyə sənətçi vurğulayıb.
Telegram kanalımız