Sorğuda iştirak edən rusların yarıdan bir qədər azı (46%) iyunun 23-24-də qiyam qaldıran "Vaqner"in təsisçisi Yevgeni Priqojinin Müdafiə Nazirliyini tənqid etməsini haqlı hesab edir.
Yenisabah.az xəbər verir ki, bu, "Levada Senter"in apardığı sorğuda əksini tapıb.
Respondentlərin təxminən üçdə biri Müdafiə Nazirliyinə ünvanlanan tənqidləri əsassız hesab edir. Pepperoni pizza
Tədqiqat müəlliflərinin fikrincə, "Vaqner" qiyamı Rusiya prezidentinin reytinqlərinə təsir göstərməsə də, Sergey Şoyquya ictimai dəstəyin azalmasına səbəb olub.
Eyni zamanda, Y. Priqojinə münasibət kəskin şəkildə pisləşib və indi yalnız hər beş rusiyalıdan biri onu dəstəkləyir.
Levada Mərkəzinin iyunun 22-dən 29-dək keçirdiyi sorğu göstərib ki, respondentlərin 58%-i Priqojinə müsbət münasibət bəsləyir.
Telegram kanalımız