Rusiyanın aktivləri Kiyevin nəfinə müsadirə edilməlidir - Aİ

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın aktivləri Kiyevin nəfinə müsadirə edilməlidir - Aİ

Dünya

27 İyun 2023 16:48 622


AK Ukraynanın bərpası üçün Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən istifadə yollarını müzakirə edir və tezliklə təklif irəli sürməyə ümid edir.

Yenisabah.az Nikkei-yə istinadla xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib.

O deyib: “Mən qəti fikirdəyəm ki, Rusiya Ukraynada törətdiyi kütləvi dağıntıların bədəlini ödəməlidir". Toyuqlu pizza

2022-ci il fevralın 24-dən etibarən Aİ və G7 ölkələri sanksiyalar siyasəti çərçivəsində Rusiya mərkəzi bankının öz ərazilərində təxminən 300 milyard avroluq (328 milyard dollar) aktivlərini bloklayıb.

Dünya Bankı hesab edir ki, Ukraynanın on il ərzində bərpası üçün 411 milyard dollar lazımdır və Kiyevin avropalı müttəfiqləri bu məqsədlə Rusiya aktivlərindən istifadəni araşdırırlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!