“Rusiyanın bölgədəki hərbi rolunu çərçivəyə salmalıyıq” -  Politoloq
24 Noy 2020 17:23
821

“Rusiyanın bölgədəki hərbi rolunu çərçivəyə salmalıyıq” - Politoloq

“Rusiya sülhməramlılarının komandirlərindən birinin bölgədə olan “Kommersant” qəzetinin əməkdaşına verdiyi müsahibəni oxudum. Həmin komandir, əslində, müsahibə üçün icazənin gərəkliyini bildirsə də, jurnalistə ürəyindəkilərini boşaldıb. Birincisi deyib ki, rusiyalı sülhməramlıların məqsədi bölgədə xristianları (oxu: erməniləri) və xristian abidələri qorumaqdır. İkincisi vurğulayıb ki, neytral qalsalar da, simpatiyaları ermənilərin tərəfindədir. Rus komandir düçüncələrini gizlətməyib”.

Yenisabah.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

O qeyd edib ki, 1990-ci illərin sonlarına qədər Dağlıq Qarabağda mövcud olan SSRİ hərbi bazasının komandir heyəti də bu düşüncə ilə erməni separatçılarını silahlandırıb:

“Sonuncu rayonumuz Laçın dekabrın 1-də işğaldan azad olunandan və Türkiyə hərbçiləri bölgədə yerləşəndən sonra Rusiyanın bölgədə artan hərbi rolunun çərçivəyə salınması barədə ciddi düşünməliyik”.

“Rusiyanın bölgədəki hərbi rolunu çərçivəyə salmalıyıq” -  Politoloq
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər