Rusiyanın ərzaq yüklü avtomobili Bərdədədir

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın ərzaq yüklü avtomobili Bərdədədir

Sosial

10 Sentyabr 2023 12:43 451


Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyəti arasında 2012-ci ildə əməkdaşlıq memorandumu imzalanıb.

Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə 1 TIR ərzaq yükü göndərilib.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Rövşən Əliyev bildirib. Dördpendirli pizza

Rövşən Əliyev deyib ki, dünən günorta saatlarında həmin TIR Azərbaycan Qızıl Aypara Cəmiyyətinin iki avtomobilinin müşayiəti ilə Samux sərhəd-keçid məntəqəsindən keçib: “TIR gecə saat 03.00 radələrində Bərdə şəhərinə daxil olub. Hazırda Rusiya Qızıl Xaç Cəmiyyətinin əməkdaşları ağır yol şəraitində gəldikləri üçün Bərdə otelində dincəlirlər. Yük Ağdam-Xankəndi yolu vasitəsi ilə Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərə çatdırılmaq üçün nəzərdə tutulub”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!