Rusiyada istehsal olunan “LADA” avtomobillərinin ölkə daxilində xaricdən daha baha satılması Dövlət Dumasında narazılıq yaradıb.
"Yeni Sabah" xəbər verir ki, Dövlət Dumasının deputatı Kamnev “AvtoVAZ” avtomobillərinin Rusiyada digər ölkələrlə müqayisədə daha baha olduğunu bildirib.
Deputatın sözlərinə görə, “LADA Vesta”nın “Comfort” komplektasiyası Belarusda Rusiya bazarındakından təxminən 300 min rubl (6 min manatdan çox) ucuzdur. Sezar pizza
Kamnev bu vəziyyətə diqqət çəkərək bildirib ki, Rusiyanın özündə istehsal edilən avtomobilin xaricdə daha münasib qiymətə təklif olunması ciddi suallar doğurur.
Onun sözlərinə görə, mövcud qiymətlər fonunda “LADA” bir çox Rusiya vətəndaşı üçün əlçatan avtomobil olmaqdan çıxaraq bahalı məhsula çevrilib./Musavat.com
Telegram kanalımız