Rusiyaya qarşı hibrid müharibə aparılır - Putin

saytların hazırlanması

Evə çatdırılma

Rusiyaya qarşı hibrid müharibə aparılır - Putin

Dünya

04 İyul 2023 13:21 930


“Şanxay Əməkdaşlıq Təşkilatı ədalətli və çoxqütblü nizamın qurulmasına qətiyyətlə sadiqdir”.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının sammitində deyib.

Onun fikrincə, Rusiyaya qarşı hibrid müharibə aparılır: Pepperoni pizza

“Rusiya sanksiyalara və məhdudiyyətlərə əminliklə dözür və buna qarşı çıxacaq da, rus xalqı həmişəkindən də daha möhkəmdir. Mən silahlı qiyam zamanı Rusiyanın konstitusiya quruluşunun qorunması istiqamətində fəaliyyətlərini dəstəklədiklərinə görə təşkilat ölkələrinə təşəkkür edirəm”.

Rusiya lideri əlavə edib ki, Rusiya ilə Çin arasında ticarətin 80%-dən çoxu rubl və yuanla həyata keçirilir, ŞƏT ölkələri ilə ixrac əməliyyatlarında rublun payı isə 40%-i ötüb.

V. Putin vurğulayıb ki, Rusiya Belarusun mümkün qədər tez ŞƏT-ə daxil olmasının tərəfdarıdır, çünki o, Rusiya Federasiyasının ən yaxın strateji müttəfiqidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!