İrəvan may bayramlarında ruslar arasında xarici səfərlər üçün ən çox üstünlük verilən şəhərlərdən birinə çevrilib.
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bu barədə “Yandex Travel” şirkəti məlumat verib.
Agentliyin məlumatına görə, digər məşhur istiqamətlər İstanbul, Antalya, Daşkənd və Bakıdır: pizza sifarişi
“Qonşu ölkələri saymasaq, əsas aparıcı istiqamətlər isə Dubay, Dalaman və Tel-Əvivdir”.
Sorğunun nəticələrinə görə, may bayramları zamanı rusların ən çox səyahət etdiyi ölkələr Türkiyə, Ermənistan, Qazaxıstan, Özbəkistan, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Belarus, Qırğızıstan, Misir və Çindir.
Rusiyanın ən məşhur şəhərləri sırasında isə Sankt-Peterburq, Moskva, Soçi, Kazan, Nijni Novqorod, Kalininqrad, Yaroslavl, Gelencik, Volqoqrad, Yekaterinburqdur.
Onu da əlavə edək ki, Rusiya ilə Ermənistan arasında qarşılıqlı vizasız rejim mövcuddur.
Telegram kanalımız