Ruslar son sutkada Ukraynanı 27 dəfə bombalayıb

saytların hazırlanması

Evə çatdırılma

Ruslar son sutkada Ukraynanı 27 dəfə bombalayıb

Dünya

25 Fevral 2023 10:41 637


Ukrayna əsgərləri ötən gün ərzində Kupyansk, Liman, Baxmut, Avdivka və Şaxtyor istiqamətlərində düşmənin 70-ə yaxın hücumunu dəf edib. Rusiya qoşunları əsas hücum səylərini bu istiqamətlərdə cəmləşdirir. 

Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, rus hərbçiləri gün ərzində 27 hava hücumu həyata keçirib və raket zərbələri sistemlərindən 75 hücum təşkil edib.  Sezar pizza

Baş Qərargah, həmçinin, xəbərdarlıq edib ki, Ukraynanın bütün ərazisində düşmənin raket zərbələri təhlükəsi səviyyəsi yüksək olaraq qalır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!