Ukrayna əsgərləri gün ərzində 12 yaşayış məntəqəsində rusların hücumlarını dəf ediblər. Rus ordusu Donetsk və Luqansk vilayətlərində Ukrayna hərbiçərinə hücum edib.
Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook” səhifəsində məlumat yayıb.
“Son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələrinin (ZSU) bölmələri Luqansk və Donetsk vilayətlərinin Makiyivka, Nevske, Biloqorivka, Verxnokamyanske, Spirne, Baxmut, Mayorsk, Pervomaiske, Novomixaylivka, Preçistivka və Pavlovka qəsəbələrində işğalçıların hücumlarını dəf edib”, - mesajda deyilir. pizza sifarişi
Məlumatda bildirilir ki, ZSU-nun aviasiyası ötən sutka ərzində ruslara 21 dəfə zərbə endirib. Silah və hərbi texnikanın cəmləşdiyi ərazilər, eləcə də Rusiya Silahlı Qüvvələrinin zenit müdafiə qüvvələrinin mövqeləri hücuma məruz qalıb. Hava Hücumundan Müdafiə qüvvələri 10 ədəd “Şahed-136” hücum dronlarını və “Orlan” PUA-nı vurub.
Baş Qərargahdan, həmçinin, bildirilib ki, ZSU-nun raket qoşunları və artilleriya bölmələri sutka ərzində rusların canlı qüvvə, silah və hərbi texnikasının cəmləşdiyi 5 əraziyə, 2 sursat anbarına və 3 digər mühüm hərbi obyektə zərbələr endirib.
Telegram kanalımız