Ruslar Ukraynanın daha bir şəhərinə hücum etdi: Şiddətli döyüşlər gedir

saytların hazırlanması

Evə çatdırılma

Ruslar Ukraynanın daha bir şəhərinə hücum etdi: Şiddətli döyüşlər gedir

Dünya

22 Avqust 2023 11:55 805


Ukrayna Silahlı Qüvvələrinin ölkənin cənub istiqamətindəki əks-hücumuna cavab olaraq Rusiya qüvvələri Ukraynanın şimal-şərqindəki Kupyansk şəhərinə hücum edib. 

Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, hazırda yerli hakimiyyət orqanları və könüllülər mülki insanları təxliyə edirlər.

Qeyd olunur ki, şəhərdə vəziyyət getdikcə daha təhlükəli xarakter alır. Təxminən 5 kilometr aralıda yerləşmiş Rusiya qüvvələri şəhəri tutmaq məqsədi ilə Kupyanska hücumu davam etdirir.  Sezar pizza

Ukrayna hərbçilərinin sözlərinə görə, şəhər dəmir yolu qovşağı olduğu üçün strateji əhəmiyyət kəsb edir və şəhər uğrunda şiddətli döyüşlər gedir.

Xatırladaq ki, Kupyansk 7 ay rusların nəzarətində olsa da, ötən ilin sentyabrında Ukrayna Silahlı Qüvvələri onu azad etməyə müvəffəq olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!