Rüşvətxor erməni deputatın işinə xitam verildi

saytların hazırlanması

Evə çatdırılma

Rüşvətxor erməni deputatın işinə xitam verildi

Rəsmi

21 Dekabr 2022 10:16 736


Ermənistan Milli Təhlükəsizlik Xidməti Ermənistan Milli Məclisinin keçmiş deputatı Vanik Asatryana qarşı başlanmış cinayət işinə xitam verib.

Yenisabah.az “Joqovurd”a istinadla xəbər verir ki, eks-deputatın vəkili Emil Beqlaryan məlumatı təsdiqləyib və əlavə edib ki, sonuncu ona qarşı irəli sürülən ittihamları qəbul etmir.

Müdafiəçinin sözlərinə görə, səhhətində yaranan problemlərə görə, Vanik Asatryana qarşı cinayət işinin müddətə xitam verilməsi təklifi olub.

Xatırladaq ki, Vanik Asatryan 2017-ci il parlament seçkiləri zamanı seçki rüşvətini yaymaqda ittiham olunub. Keçmiş deputat Abraham Manukyan da seçkilərdə rüşvətxorluq işi üzrə həbs edilib.

Yeri gəlmişkən, Abraham Manukyanın işində cinayət işi hələ də bağlanmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!