“S-400“-ün yeni partiyası Türkiyəyə nə vaxt tədarük olunacaq?

saytların hazırlanması

Evə çatdırılma

“S-400“-ün yeni partiyası Türkiyəyə nə vaxt tədarük olunacaq?

Dünya

20 Fevral 2023 10:29 673


Rusiya və Türkiyə çətin siyasi vəziyyətə baxmayaraq, hərbi-texniki əməkdaşlığı inkişaf etdirməkdə davam edir.

Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, bunu Baş nazirin müavini, Sənaye və Ticarət Nazirliyinin rəhbəri Denis Manturov deyib.

O, "S-400"-lərin yeni partiyasının tədarükü ilə bağlı müqavilənin bağlanmasının mümkünlüyü barədə danışıb: “Çətin siyasi vəziyyət, əlbəttə, Rusiyanın tərəfdaşları ilə qarşılıqlı əlaqələrinin bəzi aspektlərinə təsir etdi. Bununla belə, Rusiya ilə hərbi-texniki əməkdaşlıq Türkiyə iki ölkə prezidentlərinin daha əvvəl əldə etdiyi razılaşmalara uyğun inkişaf edir”. Pepperoni pizza

D. Manturovun sözlərinə görə, Türkiyə Rusiyanın mühüm tərəfdaşı olaraq qalır: 

"Dövlətlər arasında sıx ticarət-iqtisadi əlaqələr var, ikitərəfli əməkdaşlıq bir çox sahələrdə, o cümlədən hərbi-texniki əməkdaşlıqda inkişaf edir".

Türkiyə Rusiyadan 2,5 milyard dollar dəyərində 4 "S-400" hava hücumundan müdafiə sistemləri (SC Concern VKO Almaz-Antey) alıb. 2021-ci ildə Ankaranın S-400-lərin əlavə partiyasını əldə etmək planları məlum olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!