Sabah Ağgöl və Şirvan milli parklarında “açıq qapı” günüdür

saytların hazırlanması

Evə çatdırılma

Sabah Ağgöl və Şirvan milli parklarında “açıq qapı” günüdür

Sosial

04 İyul 2022 13:38 1306


Ağgöl və Şirvan milli parklarının yaranması günü ilə əlaqədar iyulun 5-də hər iki milli parkda “açıq qapı” günü təşkil olunacaq, maarifləndirici və əyləncəli tədbirlər keçiriləcək. 

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva "Yeni Sabah"a bildirib ki, Ağgöl milli parkını ziyarət edən turistlər milli parkın təbiəti ilə tanış olacaq, quşları və digər fauna növlərini müşahidə edə biləcəklər.

Xidmət rəsmisi qeyd edib ki, Şirvan milli parkında isə ziyarətçilər üçün ceyranları müşahidə məqsədilə safari turu təşkil ediləcək. Toyuqlu pizza

Qeyd edək ki, hər iki milli park 5 iyul 2003-cü il tarixində su-bataqlıq ekosisteminin mühafizəsi, köçəri və oturaq quş növlərinin, ceyranların qorunması məqsədilə yaradılıb. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!