Sabah Bakıda 35 dərəcə isti olacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah Bakıda 35 dərəcə isti olacaq

Sosial

09 İyun 2020 12:38 482


10 iyunda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumatına görə, 10 iyunda Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 31-36, Bakıda gecə 20-22, gündüz 33-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 40-45 faiz təşkil edəcək. Dominos pizza

10 iyunda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

İyunun 10-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!