Sabah Bakıda yağış yağacaq   - Proqnoz

saytların hazırlanması

Evə çatdırılma

Sabah Bakıda yağış yağacaq - Proqnoz

Sosial

29 Sentyabr 2021 12:57 685


Sentyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Mülayim şimal-şərq küləyi əsəcək.   Pepperoni pizza

Havanın temperaturu gecə 14-16° isti, gündüz 17-19° isti, Bakıda gecə 14-16° isti, gündüz 17-19° isti olacaq. 

Atmosfer təzyiqi  764 mm civə sütunundan 768 mm civə sütuna yüksələcək.  Nisbi rütubət 70-80 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 30-da  Abşeron yarımadasında tutqun və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. 

Azərbaycanın rayonlarında: Arabir yağış yağacağı gözlənilir.  Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimal və şərq rayonlarında güclü olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 17-22° isti, dağlarda gecə 4-8° isti, gündüz 8-13° isti olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!