Sabah Bakıda yağış yağacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah Bakıda yağış yağacaq

Sosial

02 Noyabr 2021 12:30 728


Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən "Yeni Sabah"a verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.  

Havanın temperaturu gecə 11-13° isti, gündüz  15-18° isti, Bakıda gecə 11-13° isti, gündüz 16-18° isti olacaq.  pizza

Atmosfer təzyiqi  761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək.    

Nisbi rütubət 60-70 %  olacaq.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 3-də  Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Azərbaycanın rayonlarında Arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə  qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Şərq  küləyi əsəcək. Havanın temperaturu gecə 8-12° isti, gündüz 15-20° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz  5-10° isti olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!