Sabah Bakıda yağış yağacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah Bakıda yağış yağacaq

Sosial

18 Avqust 2023 13:05 580


Bakıda və Abşeron yarımadasında avqustun 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. 

Yenisabah.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, əsasən günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. 

Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % olacaq.  pizza sifarişi

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 18-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!