Sabah Bakıda yağış yağacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah Bakıda yağış yağacaq

Sosial

07 Sentyabr 2023 13:04 317


Sabah (sentyabrın 8-də) Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. 

Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. 

Havanın temperaturu gecə 20-23° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-55 % olacaq.  pizza sifarişi

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 18-22° isti, gündüz 23-28° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18° isti olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!