“Sabah” baş məşqçisi ilə vidalaşdı
03 İyl 2020 12:03
515

“Sabah” baş məşqçisi ilə vidalaşdı

"Sabah" klubu baş məşqçisi Jelko Sopiçlə yollarını ayırıb. 

Yenisabah.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 43 xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 

Paytaxt təmsilçisi Sopiçə göstərdiyi xidmətlərə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb. 

Qeyd edək ki, ötən ilin dekabrında baş məşqçi postuna gətirilmiş Jelko Sopiçin klubla müqaviləsi 2021-ci ilin yayında başa çatmalı idi. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər