Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

saytların hazırlanması

Evə çatdırılma

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Sosial

06 İyun 2026 10:41 901


Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir sıra ərazilərdə söküntü və abadlaşdırma işlərinin aparılması nəzərdə tutulur.

“Yeni Sabah” Baku.ws-ə istinadən xəbər verir ki, proses Bakı Şəhərinin 2040-cı ilədək Baş Planına uyğun şəkildə həyata keçirilir.

Hazırda hansı razilərdə söküntü işlərinin aparılması planlaşdırılır? Dominos pizza

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, ilkin mərhələdə Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində yerləşən tikinti materialları bazarının və ətrafdakı kommersiya obyektlərinin sökülməsi gündəmdədir: "Bundan başqa, Yasamal, Nərimanov, Nəsimi, Xətai, Sabunçu, Suraxanı və Binəqədi rayonlarında köhnə yaşayış fondunun yenilənməsi istiqamətində layihələr nəzərdən keçirilir.

Bayıl qəsəbəsi istiqamətində, Mərkəzi Parkın genişləndirilməsi ətrafında, eləcə də "Təzəpir” məscidi yaxınlığında müəyyən ərazilərdə yenidənqurma işlərinə başlanılıb. Zərgərpalan küçəsi və ətraf hissələrdə də abadlıq və infrastruktur layihələrinin icrası planlaşdırılır.

Şəhərin mərkəzində həyata keçirilməsi nəzərdə tutulan layihələrdən biri də Qış Parkının genişləndirilməsi və onun Nizami küçəsi ilə əlaqələndirilməsidir. Layihə çərçivəsində yeni piyada keçidləri və ictimai məkanların yaradılması nəzərdə tutulur.

Bundan əlavə, Ceyhun Hacıbəyli küçəsində, vətəndaşların "Semaşko” kimi tanıdığı 1 saylı Kliniki Tibbi Mərkəzin ətrafında tramvay xəttinin yaradılması ilə bağlı infrastruktur işlərinin aparılması planlaşdırılır".

AQC sədri kompensasiya məsələsi ilə bağlı qeyd edib ki, əvvəllər bir sıra ərazilərdə hər kvadratmetr üçün 1500 manat məbləğində ödəniş tətbiq edilirdisə, hazırda bəzi layihələr üzrə bu rəqəmin 2700 manata qədər yüksəlib: "Bununla belə, vahid məbləğin müəyyənləşdirilməsi əvəzinə hər bir əmlak üzrə ayrıca qiymətləndirmə aparılması daha ədalətli yanaşma olardı.

Söküntüyə məruz qalan vətəndaşlara elə kompensasiya ödənilməlidir ki, onlar yaşadıqları əraziyə yaxın zonalarda yeni mənzil əldə edə bilsinlər. Bu, insanların şəhərin mərkəzi hissələrindən uzaqlaşmasının qarşısını almaqla yanaşı, sosial və iqtisadi tarazlığın qorunmasına da xidmət edər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!