Bu şəxslər rayondan Bakıya gəlməyəcəklər   – SƏBƏB

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslər rayondan Bakıya gəlməyəcəklər – SƏBƏB

Sosial

06 İyun 2026 20:45 584


Son illərdə regionların inkişafı istiqamətində müxtəlif layihələr həyata keçirilsə də, rayonlarda işsizlik, aşağı gəlir və gənclərin böyük şəhərlərə üz tutması hələ də aktual problemlərdən biridir. Mütəxəssislər hesab edirlər ki, bölgələrdə iqtisadi fəallığın artırılması və yeni imkanların yaradılması bu tendensiyanın qarşısını almaqda mühüm rol oynaya bilər.

Bəs rayonlarda insanların dolanışığının yaxşılaşdırılması, gənclərin orada qalması üçün hansı addımlar atılmalıdır?

"Yeni Sabah" xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, əsas məsələlərdən biri şəhərlə kənd arasındakı fərqlərin minimuma endirilməsidir: Pepperoni pizza

“İnsanların yaşayış yeri seçimi yalnız iqtisadi səbəblərlə deyil, həm də sosial və mədəni imkanlarla bağlı olur. Buna görə də şəhərlər, rayonlar və kəndlər arasında infrastruktur baxımından ciddi fərqlər qalmamalıdır. İnsanlar gələcəklərini planlaşdırarkən təkcə gündəlik ehtiyaclarını deyil, ailələrinin sosial həyatını da nəzərə alırlar. Teatrların, kinoteatrların, mədəniyyət mərkəzlərinin, ictimai tədbirlərin mövcudluğu mühüm amillərdəndir. Bu baxımdan sosial və infrastruktur fərqlərinin aradan qaldırılması vacibdir”.

İqtisadçının sözlərinə görə, digər mühüm məsələ iqtisadi imkanlardır:

“Regionlarda iş yerlərinin sayı hələ də kifayət qədər deyil. İnsanların Bakıya üz tutmasının əsas səbəblərindən biri də bütün imkanların paytaxtda cəmləşməsidir. Mənzil təminatı və sahibkarlıq imkanları regionlarda genişləndirilməlidir ki, insanlar yaşadıqları ərazidə rahat şəkildə həyat qura bilsinlər”.

Natiq Cəfərlinin fikrincə, kənd təsərrüfatı ilə məşğul olan fermerlərin vəziyyəti də diqqət mərkəzində olmalıdır:

“Fermerlik ağır əmək tələb edən sahədir. Lakin düzgün təşkil olunduqda və müasir yanaşmalar tətbiq edildikdə bu sahə yüksək gəlir gətirə bilər. Bəzi hallarda fermerlik şəhərdəki bir çox peşələrdən daha çox qazanc əldə etmək imkanı yaradır. Bütün bunlarla yanaşı, şəhərlə kənd arasında mövcud olan ictimai və sosial fərqlərin aradan qaldırılması üçün əlavə addımlar atılmalıdır. Kəndlərdə və rayonlarda müxtəlif maraq klublarının, ictimai birliklərin və gənclər təşkilatlarının fəaliyyəti genişləndirilməlidir. Gənclərin aktiv sosial həyata cəlb olunması, onların asudə vaxtının səmərəli təşkili və ictimai proseslərdə iştirakının artırılması regionların inkişafına mühüm töhfə verə bilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!