Milli Hidrometeorologiya Xidməti sentyabrın 8-nə olan proqnozu açıqlayıb.
Yenisabah.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-19° isti, gündüz 22-26° isti, Bakıda gecə 17-19° isti, gündüz 23-25° isti olacaq.
Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq. pizza
Sabah Azərbaycanın rayonlarında da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 20-24° isti, dağlarda gecə 3-7° isti, gündüz 8-13° isti olacaq.
Telegram kanalımız