"Rusiyaya yeni ərazilərin birləşdirilməsi haqqında müqavilələrin imzalanma mərasimi Cümə günü Kremldə keçiriləcək".
Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
O əlavə edib: “Sabah saat 15:00-da Böyük Kreml sarayında, Müqəddəs Georgi zalında Rusiya Federasiyasına yeni ərazilərin daxil olmasına dair müqavilələrin imzalanması mərasimi keçiriləcək. Bu tədbirdə prezident Putinin böyük çıxışı olacaq”. pizza sifarişi
Peskov qeyd edib ki, bu, prezidentin Federal Məclisə müraciəti deyil, fərqli formatdır: "Prezidentin müraciəti daha sonra baş tutacaq, biz sizə vaxtında məlumat verəcəyik".
Mətbuat katibinin sözlərinə görə, Putin "işğaldan azad edilmiş ərazilərin rəhbərləri" ilə sentyabrın 30-da, onların Rusiya Federasiyasına daxil olması ilə bağlı sazişlərin imzalanacağı Moskvada görüş keçirəcək.
Xatırladaq ki, sentyabrın 23-27-də DXR, LXR, Xerson və Zaporojye vilayətlərinin Rusiya Federasiyasına daxil olması ilə bağlı referendum keçirilib.
Telegram kanalımız