Sabahın hava proqnozu: Bakıda və Abşeron yarımadasında...

saytların hazırlanması

Evə çatdırılma

Sabahın hava proqnozu: Bakıda və Abşeron yarımadasında...

Sosial

01 Noyabr 2021 13:11 743


Azərbaycanda noyabrın 2-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində  qısamüddətli yağış yağacağı ehtimalı var.  Cənub-qərb küləyi əsəcək.  

Havanın temperaturu gecə 11-13° isti, gündüz 16-18° isti olacaq. Dominos pizza

Bakıda gecə 11-13° isti, gündüz 16-18° isti olacaq. 

Atmosfer təzyiqi  762 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 %  olacaq.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 2-də  Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Azərbaycanın rayonlarında  Əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Şərq  küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-4° şaxta, gündüz  0-5° isti olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!