Sabiq MTN polkovniki həbsxanada dava edib

saytların hazırlanması

Evə çatdırılma

Sabiq MTN polkovniki həbsxanada dava edib

Hadisə

22 İyun 2026 14:37 7428


Hazırda Penitensiar Xidmətin 9 Saylı Cəzaçəkmə Müəsssisəsində cəza çəkən ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin keçmiş şöbə rəisi, polkovnik Sahib Ələkbərov qalmaqalla üzləşib.

“Yeni Sabah” Gununsesi.info-ya istinadla bildirir ki, sabiq MTN zabiti müəssisədə Kamran adlı zabitlə dalaşıb.

Olay nəticəsində Sahib Ələkbərovun barəsində cəza tədbiri görüldüyü deyilir. pizza mizza

O, müəssisənin daxili nizam qaydalarını pozmaqda günahlandırılıb.

Xatırladaq ki, Sahib Ələkbərov MTN-nin İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyevlə birlikdə mühakimə olunub.

Çoxsaylı cinayətlərdə ittiham olunan sabiq şöbə rəisi Bakı Hərbi Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!