Sabiq nazir qızının ölümündə özünü günahlandırdı -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Sabiq nazir qızının ölümündə özünü günahlandırdı - VİDEO

Siyasət

30 Aprel 2026 11:22 611


Azərbaycanın Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri, sabiq xarici işlər naziri Vilayət Quliyev vəfat edən qızı Humay haqqında danışıb.

“Yeni Sabah” xəbər verir ki, o, “Qaranlıqda həqiqət” yutub layihəsində övladının ölümnüdə özünü təqsirkar sayıb:

“Bu barədə danışmaq mənə çox çətindir. Təbii ki, özümü həmişə günahkar görürəm. Bəlkə də o yanımızda otursaydı, belə olmazdı. Bir valideyn kimi ona Parisdə ən yaxşı məktəbdə təhsil al deməsəydim, öz ürəyin istəyən işlə məşğul ol deməsəydim, belə olmazdı. Bilmirəm, həmişə bu günahla yaşayacam”.  

Qeyd edək ki, sabiq nazirin qızı Humay 2021-ci ilin martında vəfat edib.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!