Şadlıq sarayları qiymətləri qaldırdı

saytların hazırlanması

Evə çatdırılma

Şadlıq sarayları qiymətləri qaldırdı

Sosial

21 Fevral 2024 10:24 746


2024-cü ilin yanvar ayında şadlıq saraylarında sifarişlərin sayı 6.5 faiz artıb.

Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Mərkəz tərəfindən aparılan monitorinqə əsasən, eyni zamanda, şadlıq saraylarında yanvar ayında qiymətlər 5.6 faiz artıb. Marqarita pizza

Xüsusən 40 manatadək olan menyularda qiymət daha çox artıb: 6.2 faiz. Qiyməti 40-80 faiz olan menyuların qiyməti 5.8 faiz yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 4.9 faiz artım qeydə alınıb.

Ümumilikdə istehlak bazarında ən yüksək qiymət artımları yenə də qida məhsullarında qeydə alınıb. Bu, ərzaq tələbinin yüksəlməsi və idxal inflyasiyanın hələ də aktiv olması ilə əlaqələndirilir. Ərzaq məhsulları üzrə illik inflyasiya 2.5 faiz olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!