Şagirdi döyən direktordan izahat alındı   - DİN-dən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Şagirdi döyən direktordan izahat alındı - DİN-dən açıqlama

Sosial

10 Yanvar 2022 10:44 773


"Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədovanın şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı izahatı alınıb”.

Yenisabah.az xəbər verir ki, bunu "Report"un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.

O deyib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi tərəfindən müvafiq təhqiqat araşdırmaları aparılıb: “Tərəflərin izahatları alınıb. Məlum olub ki, məktəbin IX sinif şagirdləri mütamadi olaraq dərs davamiyyətinə əməl etmirlər. Həm gün şagirdlər məktəbin ikinci mərtəbəsindən düşərək dərsdən yayınmağa çalışıblar. Məktəb rəhbərliyi tərəfindən onlar intizama dəvət ediliblər. Yaranan mübahisədə xəsarət və digər təhqir elementi yoxdur. Şagird və valideynlərlə söhbət aparılıb, onların heç bir şikayətlərinin olmadığı bildirilib”. pizza sifarişi

Xatırladaq ki, direktor Zinyət Əhmədovanın məktəbin foyesində şagirdlərə əl qaldırması müşahidə kameralarına düşüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!