Şahmat üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşdi

saytların hazırlanması

Evə çatdırılma

Şahmat üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşdi

İdman

21 Fevral 2026 19:57 573


Şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin cavab görüşləri keçirilib.

"Yeni Sabah" xəbər verir ki, cavab oyunlarında rəmzi ilk gedişi gənclər və idman naziri Fərid Qayıbov edib.

Şəhriyar Məmmədyarov-Məhəmməd Muradlı mübarizəsində cavab oyunu həlledici olub.

Ağ fiqurlarla çıxış edən M.Muradlı gərgin görüşdə qalib gəlib. İki görüşün yekun nəticəsinə əsasən 1,5-0,5 hesabıyla qələbə qazanan M.Muradlı Azərbaycan çempionu tituluna sahib çıxıb.

Yarışın reytinq favoriti Ş.Məmmədyarov ardıcıl ikinci il finalda uduzaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki, hazırda digər görüşlər davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!