Şahramanyan hər gün Bakıya zəng edir 

Şahramanyan hər gün Bakıya zəng edir 

Maraqlı Veb saytların hazırlanması

29 Noyabr 2023 16:13 8533


Qarabağdan qovulmuş separatçıların “keçmiş müdafiə naziri” Samvel Babayanın deyib ki, özünü buraxmış qondarma "Artsax"ın sonuncu başçısı Samvel Şahramanyan Azərbaycanla təmasdadır. 

Yenisabah.az xəbər verir ki, Babayan bu barədə jurnalistlərə açıqlamasında bildirib. 

“Çox sevdiyiniz Samvel Şahramanyan danışıqlar aparır, hər gün Bakıya zəng edir, indi nə danışır, ondan soruşun”, - deyə o bildirib. 

Babayanın sözlərinə görə, bu barədə qondarma “Artsax deputatları”na Şahramanyan özü məlumat verib. 

Samvel Babayan onu da əlavə edib ki, Şahramanyan Qarabağ ermənilərinin evlərinə qayıtması ilə bağlı Azərbaycan tərəfi ilə danışıqlar aparır. 

O, Şahramanyandan hansı rəsmilərlə danışıqlar apardığını açıqlamayıb. 

“Bunu “Artsax deputatları”ndan soruşun”, - o, jurnalistlərə kinayə ilə deyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Şəmsəddin
    ermənilər qələt edir, Qarabağa qayıtmaq istəyir. Şəhidlərimizin və Prezidentimizin hesabına azad etdiyimiz torpaqlarda o murdarlara yer yoxdur.
    3 months ago
  • Azər
    Şahramyan Azərbaycan üçün heç kimdir. Ona görə də inanmıram heç olanla Azərbaycanda kimsə onunla danışsın. Elə olsaydı Şahramanyan hələ Azərbaycanda qalarkən onunla danışıq aparılardı.
    3 months ago