Şahzadə Diananın qardaşı Qraf Spenserin bacısı haqqında yazdığı, hələ satışa çıxarılmayan kitabın nüsxələri oğurlanıb.
“Yeni Sabah” xəbər verir ki, BBC-nin məlumatına görə, kitabın Niderland dilində hazırlanmış dörd nüsxəsi mətbəədən anbara aparılarkən yük maşınından götürülüb.
Hadisə zamanı sürücünün məcburi fasilə üçün yük maşınını dayanacaqda saxladığı və kabinədə yatdığı bildirilir. Niderland polisi oğurluqla bağlı araşdırma aparır. Hadisənin dəqiq yeri açıqlanmayıb. Marqarita pizza
Kitabda Diananın həyatı və qardaşının onunla bağlı xatirələrindən bəhs edilir. Əsərin Şahzadə Diananın ölümünün 30-cu ildönümü ərəfəsində nəşr olunması planlaşdırılır.
Qeyd edək ki, Şahzadə Diana 1997-ci ildə Parisdə avtomobil qəzasında 36 yaşında ölüb. Onun qardaşı həmin il keçirilən dəfn mərasimindəki çıxışında medianı tənqid edib və Diananı dünya miqyasında humanist fəaliyyətin simvolu kimi təqdim edib.
Telegram kanalımız