Saleh Məmmədov yolun təmiri ilə bağlı iclaslar keçirir

saytların hazırlanması

Evə çatdırılma

Saleh Məmmədov yolun təmiri ilə bağlı iclaslar keçirir

Sosial

04 Fevral 2019 16:02 1845


“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil tikilməsi ilə bağlı işlər davam etdirilir.

“Yeni Sabah” xəbər verir ki, tikinti işləri birbaşa olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. Layihə çərçivəsində Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun rəhbərliyi ilə tikinti meydanında yolun tikintisini və layihələndirilməsini həyata keçirən podratçı və layihəçi şirkətlərin nümayəndələrinin iştirak etdiyi iclaslar keçirilir. Saleh Məmmədov növbəti bu cür görüşlər zamanı layihənin əhəmiyyətini bir daha diqqətə çatdıraraq tikinti işləri ilə bağlı tövsiyə və tapşırıqlarını verib.

H.Z.Tağıyev qəsəbəsindən başlayan və 92 km uzunluğunda olan yol 1b texniki dərəcəyə uyğun olaraq inşa edilir. Yeni inşa edilən yol Dəvəçi rayonunun Qəndob yaşayış massivindən Rusiya sərhədinədək uzanan 60 km uzunluğa malik yola birləşəcək. Bununla da H.Z.Tağıyev qəsəbəsindən başlayaraq Rusiya ilə dövlət sərhədinə qədər uzanacaq yeni avtomobil yolunun uzunluğu 152 km təşkil edəcək. Pepperoni pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!