Salyanda qardaş qardaşı öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Salyanda qardaş qardaşı öldürdü

Kriminal

16 İyul 2022 12:00 1281


Salyanda qardaşını öldürən şəxs istintaqa cəlb edilib. 

Bu barədə Yenisabah.az-a Salyan Rayon Prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, iyulun 15-i saat 03 radələrində Salyan rayon sakini, 1964-cü il təvəllüdlü Ələkbər Abbasova xəsarətlər yetirilməsi və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin qardaşı, 1977-ci il təvəllüdlü Mehman Abbasov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı birlikdə yaşadıqları evin həyətində Ələkbər Abbasovun sağ ayağın bud, baldır və sol çiyin nahiyələrinə bıçaqla xəsarətlər yetirib, sonuncu almış olduğu xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb. pizza hut

Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Mehman Abbasov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!