Şamaxı-İsmayıllı yolu bağlanıb? - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Şamaxı-İsmayıllı yolu bağlanıb? - AÇIQLAMA

Rəsmi

08 Yanvar 2023 18:48 1067


Azərbaycanda sərt hava şəraiti hökm sürür.

Yenisabah.az xəbər verir ki, Şamaxı, İsmayıllı, Qəbələ istiqamətində hərəkət edən sürücülər çətinliklə üzləşirlər.

Bu səbəbdən hətta qısa müddətlik olsa da, Şamaxı-İsmayıllı yolu müvəqqəti olaraq bağlanıb, daha sonra isə avtomobillərin hərəkətinə icazə verilib.  pizza hut

Bunu açıqlamasında BDYPİ-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev də təsdiqləyib:

Onun sözlərinə görə, yolun bağlanması əraziyə qar təmizləyən texnikaların cəlb edilməsi ilə əlaqədar olub:

“Bu, təxminən 10 dəqiqə vaxt çəkib. Belə ki, sözügedən ərazidə qar şiddətini artırdığından yolun təmizlənməsinə zərurət yaranmışdı. Bu səbəbdən də Şamaxı postunda texnikaların rahat şəkildə işləyə bilməsi üçün müvəqqəti olaraq yol bağlanmışdı. Hazırda hər hansı məhdudiyyət tətbiq edilməyib”.

Qurum rəsmisi onu da əlavə edib ki, hava şəraitinə görə yük maşınları, eləcə də sərnişin daşıyan avtomobillər alternativ - Qaraməryəm yoluna yönləndirilir. Bu addım onların təhlükəsizliyi üçün atılır.

Bundan başqa, hava şəraiti ilə əlaqədar texniki tələbələrə cavab verməyən avtomobillər də sözügedən alternativ yola yönləndirilir./Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!