4 İyul - 03:28
“Samir Şərifov düz deyir, amma doğru danışmır”

“Samir Şərifov düz deyir, amma doğru danışmır”

Siyasət

26 May 2022 08:11 2296


“Samir Şərifov düz deyir, amma doğru danışmır, alma ilə velosipedi müqaisə edir. Bəli, Avropa ölkələrində, ABŞ-da qaz qiymətləri bahadır, amma, məsələn, Almaniyada kasıblıq həddi, kasıblara təyin edilən ödəniş aya 920 avro, yəni 1675 manata bərabərdir”.

“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O, nazir Samir Şərifovun “dünya miqyasında qazın qiymətinə baxsaq, görərik ki, bizdə qiymət heç nədir” fikrinə cavab olaraq deyib:

“Bizdə bu qədər maaş alana orta sinif deyirlər, həsəd aparırlar, qohum-qonşu 1700 manat maaş alanı öz övladına nümunə göstərib, "odey, xalxın uşağı 1700 manat qazanır", deyirlər. 

Və ya ABŞ-da ilə 20 min dollar qazanana kasıb deyirlər, vergilərdən azad edirlər, bizdə isə ilə 34000, yəni aya 2835 manat qazanana milyoner deyirlər, xanımdısa elçilər qapıya düzülür, oğlandısa qohum-qonşular öz qızını, yaxınını elə maaş alana ərə verməyə çalışırlar.

Yəni, məmləkətdə qaz qiymətlərindən bir dəfə deyəndə, ölkədəki maaş və təqaüdlərdən 10 dəfə danışmaq lazımdı”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!