“Sarı kəsişmə toru” yenidən tətbiq edilir - Fotolar
29 İyl 2020 12:37
890

“Sarı kəsişmə toru” yenidən tətbiq edilir - Fotolar

Yol kəsişmələrində “sarı kəsişmə toru”nun tətbiqi istiqamətində işlərin növbəti mərhələsinə başlanılıb. 

Bakı Nəqliyyat Agentliyindən Yenisabah.az-a verilən məlumata görə, bu çərçivədə əsasən şəhərin mərkəzi hissəsini əhatə edən  yol kəsişmələrində müvafiq nişanlanma işləri aparılacaq. Bununla yanaşı 15 yol kəsişməsində təşkil edilən sarı kəsişmə toru nişanlanma xətlərinin yenilənməsi işləri də icra olunur.

Ümumilikdə 74 yol kəsişməsində sarı kəsişmə torunun tətbiqi nəzərdə tutulub. Sarı kəsişmə toru nişanlanmasının təşkilində məqsəd yol kəsişmələrində nəqliyyatın tıxanmasının qarşısını almaq, maneəsiz hərəkəti təmin etmək və yol hərəkəti təhlükəsizliyinin səviyyəsini artırmaqdır.

“Sarı kəsişmə toru” yenidən tətbiq edilir - Fotolar
“Sarı kəsişmə toru” yenidən tətbiq edilir - Fotolar
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər