Səbinə: “Avroviziya” təmsilçilərimizə uğur diləyirdilər, indi onları təhqir edirlər - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Səbinə: “Avroviziya” təmsilçilərimizə uğur diləyirdilər, indi onları təhqir edirlər - VİDEO

Şou

15 May 2024 17:33 750


Əməkdar artist Səbinə Babayeva builki “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində finala vəsiqə qazana bilməyən təmsilçilərimiz Fahree (Fəxri İsmayılov) və İlkin Dövlətovdan söz açıb.

Yenisabah.az bizim.media-ya istinadla xəbər verir ki, sənətçi təmsilçilərimizin yarışmadakı çıxışını uğursuz adlandırıb aşağılayan sosial şəbəkə əhlini sərt şəkildə tənqid edib.

“Bu məsələ ilə bağlı mən “Instagram” sosial şəbəkə hesabımda paylaşım edərək, fikrimi bildirmişdim. Yazdım ki, təmsilçilərimizin çıxışından bir həftə əvvəl onlara uğur diləyirdiniz, bu gün isə onları tənqid də yox, təhqir edirsiniz. Belə xainlik etmək olmaz. Onlar bizim təmsilçilərimiz, qanımız, canımızdır. Onlar Avropa səhnəsində ölkəmizi təmsil ediblər. Bu bir təcrübədir. Biz hər zaman “beşliyə” çıxmayacayıq ki... “Avroviziya”nın tarixinə nəzər salsaq görərik ki, hər il sənin “final”a, “üçlüyə” və ya “beşliyə” düşmək imkanınız yoxdur. Biz bundan nəticə çıxardıb nəsə başqa bir üslub axtarıb, tapmalıyıq”. Dominos pizza

Səbinə həmkarı, Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri, müğənni Eldar Qasımovdan istefasını tələb etməsi ilə bağlı məsələyə də münasibət bildirib:

“Bu məsələ ilə bağlı yazılan şərhləri görməmişəm. Amma belə bir şey varsa, buna münasibətim çox pisdir. Çünki yıxılana balta vurmazlar. Biz çox gözəl millətik. Mən öz millətimi çox sevirəm. Amma bizim insanlarda yersiz tənqid etmək var. Baxır bu tənqidi kim edir. Sən gərək bu sahənin insanı olasa və bu sahəni analiz edəcək düşüncəyə sahib olasan ki, oturub kimisə tənqid edəsən”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!