Şəbnəm Tapdıq atasının məzarındakı oğurluqdan danışdı - Video

saytların hazırlanması

Evə çatdırılma

Şəbnəm Tapdıq atasının məzarındakı oğurluqdan danışdı - Video

Şou

26 İyul 2024 11:20 872


Əməkdar artist Şəbnəm Tapdıq atası, mərhum şair İlyas Tapdığın məzarının baxımsız vəziyyətdə olması ilə bağlı yayılan fotoya aydınlıq gətirib. 

Yenisabah.az xəbər verir ki, bu haqda "Qonaqcanlı" verilişində danışan müğənni atasının məzarının üstündə olan gülqabının oğurlandığını deyib:

"Elə deyil, təmizləmişik. Bəzən arada xəstə oldum, gedə bilmədim. Uzun müddət sonra gedəndə gördüm ki, ot basıb. Hər məzarda olur. Fotonu çəkib yayana demək istəyirəm ki, niyə edirsən? Zəng vur, denən belədir. Mən də gedim təmizləyim. İnsanlıq yoxdur, bu nə hoqqadır? Atamın məzarına gülqabı qoyulmuşdu, götürüblər. Bir şəxsə zəng vurdum, dedim belə hadisə baş verib. Gətirib ikisini qoydular. Bu məzarı sən tikdirmisən, düzəltdirmisən? İndi götürüb paylaşırsan, ayıb olsun. Atamın məzarının üstündə çox işlər görəcəyəm. Atam sadə insan idi, deyirdi mənə sadə məzar edin. Amma niyə etməyim?". //Axşam.az Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!