Rusiyada növbəti kütləvi səfərbərlik başlayarsa, səfərbərlikdən qaçan ruslar Latviyaya buraxılmayacaq.
Yenisabah.az xəbər verir ki, bu barədə Latviyanın daxili işlər naziri Maris Kuçinskis bildirib.
O qeyd edib ki, minlərlə insan Rusiya-Latviya sərhədini keçməyə cəhd edərsə, Latviyanın fəaliyyət planı var, bu plan artıq müəyyən dərəcədə Latviya-Belarus sərhədində sınaqdan keçirilib. Dördpendirli pizza
"Latviya kifayət qədər təcrübə toplayıb və belarusların təşkil etdiyi "təlim" Latviya xidmətlərinin peşəkarlığını artırıb", - nazir vurğulayıb.
Telegram kanalımız