Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Şəhərdə alt paltarında gəzməklə də məşhur ola bilər...” – Seyran Səxavət
20 Noy 2021 15:42
2907

“Şəhərdə alt paltarında gəzməklə də məşhur ola bilər...” – Seyran Səxavət

Son vaxtlar ölkəmizdə insanlar məşhurlaşmaq üçün ən ağlasığmaz üsullara əl atırlar. Hətta öz şəxsi həyatlarını da ictimailəşdirirlər. Bununla gündəmə gəlib, məşhurlaşmağa çalışırlar.

Bu yaxınlarda sosial şəbəkələrdə gənc bloggerin doğum evindən canlı yayım etməsi müzakirələrə səbəb oldu. Bu məsələni qınayanlar da oldu, normal baxanlar da. Maraqlıdır, insanlar niyə məşhur olmağa can atırlar? Tanınmaq üçün niyə öz şəxsi məsələlərini ictimailəşdirirlər?

Yazıçı Seyran Səxavət Yenisabah.az-a açıqlamasında bunun zamanın tələsi olduğunu deyib:

“Hər şeydən əvvəl bu dövrün tələbidir. Dövrün tələbindən daha çox zamanın tələsidir. Gənclərimiz də bu tələyə düşürlər. Bu məsələlər hələ çox olacaq. Demokratiya yeni başlayan vaxtlarda bizim gənclərimiz içərisindən istedadı olanlar bığ-saqqal, kepka qoymağa başladılar. Xalqın, tamaşaçıların göz yaddaşına məcbur hopmaq istəyirdilər. Bu bir növ özünə inamın və potensialın azlığındandır. Bəlkə də səviyyənin aşağı olmağı ilə bağlıdır”.

Yazıçının sözlərinə görə, məşhur olmaq hər şey demək deyil: “Məşhur olmaq ümumiyyətlə çox maraqlı bir məsələdir. Gənclər başa düşmürlər ki, məşhur olmaq hər şey demək deyil.

Orta yaşlı, cinsindən aslı olmayan bir insan şəhərdə soyuq havada alt paltarında o tərəf, bu tərəfə gəlməklə də məşhur ola bilər. Və yaxud bir yazıçı gözəl əsərlər yazır, onun barmağı, ürəyi, gözləri qabar olur. O da məşhur, bu da məşhur? Lakin o hara, bu hara”.

S.Səxavət qeyd edib ki, hansı sənətin sahibisənsə, onu sev, o zaman sənin üçün hər şey doğacaq: “Çox maraqlı saqqal, bığ qoyurlar. 100 iş görürlər. Bütün bunların hamısını bir kənara atmaq lazımdır. Və nə işə baxırsansa, dəmirçisənsə dəmirçi kimi, aktyorsansa, aktyor kimi öz sənətini gül, çiçək varlığı ilə sev. O sevgini görən, duyan səni sevəcək. Həmin sevgi o bəhrəni də verəcək. Sənin sənətinin sənin ona olan sevgindən hamilə olacaq. Sənin üçün hər şey doğacaq. Orada şöhrət, maddiyyat, mədəniyyət də var”.

Nəzrin Vahid

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər