“Şərurlu İsfəndiyar müsahibəsində deyir ki, mənim ağlımı dəstəkləyən savadım olsaydı daha çox pul qazanardım. Cəmiyyəti yaxşı tanımır İsfəndiyar kişi! Tanısaydı bütün var-dövlətini məhz savadsızlığına borclu olduğunu dərk edərdi”.
“Yeni Sabah” xəbər verir ki, bu barədə yazıçı Aqşin Yenisey öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, azərbaycanlıların milyonçuluq ənənəmiz savadsızlıq üzərində qurulub:
“Çünki bizim milyonçuluq ənənəmiz savadsızlıq üzərində qurulub. Hacı Zeynalabidin heç qol çəkə bilmirdi. Amma öz pulu ilə savadlı cümhuriyyət nəsli yetişdirdi. Bu, başqa bir mövzudur. pizza mizza
Ağıl xəlqi, folklorik bir şüur formasıdır. Görürsən götürürsən, eşidirsən yadda saxlayırsan. Oxumağa, yazmağa ehtiyacın yoxdur. Ələ baxıb öyrənirsən və tətbiq edirsən.
Savad isə mütləq şəkildə oxumaq və yazmağın nəticəsidir. Savad ağılı nəzarətdə saxlayır. Ağılın “olar” dediyinə bəzən savad “olmaz” deyir. Əgər savadı olsaydı, ağlının “olar” dediyinə savadı “olmaz” deyib İsfəndiyar kişini də ölkədəki bütün savadlılar kimi quru maaşa bağlayacaqdı.
Ağıl mentalitet, savad mədəniyyət hadisəsidir.
Bizim mühit daha çox xəlqi, şifahi, yazılmamış qanun və dəyərlər üzərində inşa olunub deyə burada savada yer yoxdu, bir balaca ağıllı olsan yetər. Cəmiyyət savadlı adamı dəstəkləmir. Savaddan qorxur, çünki onu proqnozlaşdıra, ölçə bilmir. Ən çox kitab oxuyan və hamıdan kasıb yaşayan insanları övladlarımıza pis nümunə kimi göstəririk. Həm ağılı, həm savadı olanlar isə qaçıb gedir Peykanlıdan.
Savadsız olub deyə mentalitet İsfəndiyar kişini dəstəkləyib. Savadlı olsaydı, indi bəlkə də hansısa ucuz kafedə Xan arağından içib Kantın, Nils Borun, Teslanın ölüsünə-dirisinə söyürdü”.
Telegram kanalımız