Leyla Əliyeva yeni şeirini paylaşdı

saytların hazırlanması

Evə çatdırılma

Leyla Əliyeva yeni şeirini paylaşdı

Yazar

11 İyul 2026 13:59 74


Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva qələmə aldığı şeiri sosial şəbəkə hesabında paylaşıb.

 "Yeni Sabah" həmin paylaşımı təqdim edir:

Hər şey bir andaca dəyişə bilir, Sezar pizza

İlahi, kömək ol, mən tələsməyim.

Bu həyat sanki bir yuxu kimidir,

Elə et, bu ömrə vurula bilim.

Elə et, sevinci, kədəri sevim,

Küləyin sığalın hiss edə bilim.

Göz yaşı acısın, oyanış dadın

Duyum, boş sözlərə vaxt itirməyim.

Qorxunu, şübhəni qəlbimdən silib,

Sonsuz sevmək üçün Sən cəsarət ver.

Bu ömrü qəfildən bitəcək bilib,

Nə olar, tələsmə… bir az fürsət ver.

Bilirəm, hər zaman sən yanımdasan,

Yalan tanımayan o gözlərinlə.

Cəhənnəm sandığım sonsuz boşluqdan,

Bir lal ruh gizlicə hayqırar, inlər.

Bilirəm, nə dünən, nə də sabah var,

Gəl məni zamanın əlindən qurtar.

Şeiri mən yazım, müəllif Sən ol,

Göstər, insan kimdir, nələr yaradar!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!