Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı

Hadisə

07 May 2024 18:56 1153


Kəlbəcər sakini 1999-cu il təvəllüdlü Elvin Tağıyevin iş zamanı aldığı xəsarətlərdən mayın 7-də müalicə aldığı xəstəxanada ölməsi barədə Ucar Rayon Prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, araşdırmalarla “Electro-İndustries” QSC-nin elektrik quraşdırıcısı vəzifəsində işləmiş Elvin Tağıyevin aprelin 29-da “Mingəçevir REŞ” MMC-nin Ucar yarımstansiyasında aparılan yenidənqurma işləri zamanı elektrik cərəyanı vurması nəticəsində almış olduğu xəsarətlərdən mayın 7-si müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Ucar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Sezar pizza

İbtidai istintaq davam etdirilir.

Qeyd edək ki, Elvin Tağızadə Qarabağda aparılan antiterror tədbirləri zamanı şəhid olan Cahangir Tağızadənin qardaşıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!