Şeirin qanadında uçan adam: Səməd Vurğun 120 yaşında -   FOTOREPORTAJ

saytların hazırlanması

Evə çatdırılma

Şeirin qanadında uçan adam: Səməd Vurğun 120 yaşında - FOTOREPORTAJ

Mədəniyyət

21 Mart 2026 09:52 695


Bu gün Xalq şairi Səməd Vurğunun anadan olmasının 120-ci ildönümüdür. 

Səməd Yusif oğlu Vəkilov 21 mart 1906-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. Onun 6 yaşı olarkən anası Məhbub xanım 28 yaşında vəfat edib. Atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində böyüyüb. 

1918-ci ildə Firudin bəy Köçərli Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsini Qazaxa köçürərək, Qazax müəllimlər seminariyasını təşkil edir. Məktəbə qəbul olunan kənd uşaqları arasında Səməd və Mehdixan Vəkilov da var idi. Mehdixan Vəkilov Səmədin böyük və yeganə qardaşı idi. Toyuqlu pizza

1930-cu illərdə o, Aleksandr Puşkinin “Yevgeni Onegin”, Maksim Qorkinin “Qız və ölüm”, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”, Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərlərini Azərbaycan dilinə tərcümə edib.

Gənc şair öz xalqını, vətənini, doğma torpağının əsrarəngiz təbiətini sevdiyi üçün özünə “Vurğun” təxəllüsünü götürür. Digər bir versiyaya görə isə sevdiyi qıza ünvanladığı şeirləri “Vurğun” təxəllüsü ilə imzalayıb və beləcə də tanınıb. 

“Vaqif” dramına görə Səməd Vurğun 1941-ci ildə “Stalin mükafatı”na layiq görülüb. 

 “Muğan”(1948), “Aygün”(1950–1951) və “Zamanın bayraqdarı”(

1952) poemalarının müəllifidir.

1956-cı ilin martında Səməd Vurğunun 50 yaşı tamam olur. Şairin yubileyinin keçirilməsinə hazırlıqlar çərçivəsində Azərbaycan SSR rəhbərliyi tərəfindən “Azərbaycanın Xalq şairi” adı təsis edilir və ilk dəfə bu ada Səməd Vurğun layiq görülür.

Həmin ilin may ayının 27-də, saat 19:30-da şairin gözləri əbədi yumur. 

Oğlu  Yusif Səmədoğlu Azərbaycanın Xalq yazıçısı, Vaqif Səmədoğlu Azərbaycanın Xalq şairi, qızı Aybəniz Vəkilova isə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb. 

“Yeni Sabah” Xalq şairinin doğulduğu kənddə yaradılan Səməd Vurğun adına Poeziya məktəbindən fotoreportajı təqdim edir:

Aydan HACI


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!