Səlami: ““Sepah“ terror aktına görə qisas alacaq“

saytların hazırlanması

Evə çatdırılma

Səlami: ““Sepah“ terror aktına görə qisas alacaq“

Dünya

02 Oktyabr 2022 10:29 967


İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah") baş komandanı general-mayor Hüseyn Səlami cümə günü Zahedanda törədilən ölümcül terror aktından sonra İslam İnqilabı Keşikçiləri Korpusunun terrorçulardan amansız qisas alacağına söz verib.

Yenisabah.az "Mehr"ə istinadla xəbər verir ki, Səlami öz bəyanatında sentyabrın 30-da Zahedanda baş verən terror aktında "Sepah" və "Bəsic" üzvlərinin həlak olması ilə bağlı başsağlığı verib.

"Cümə cinayətinin qurbanı olmuş insanların qanlarına görə terrorçulardan qisas almaq "Sepah"ın gündəmindədir", - deyə İİKK rəhbəri bildirib. Toyuqlu pizza

O, hücumda iştirak edən terrorçuları xarici güclərin məxfi xidmətlərinin muzdluları adlandırıb.

Xatırladaq ki, terrorçuların İranın cənub-şərqində, Əfqanıstan və Pakistanla həmsərhəd Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidan hərbi bazasına hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin üzvləri də daxil olmaqla 5 nəfər və 22 mülki şəxs həlak olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!