Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

saytların hazırlanması

Evə çatdırılma

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Siyasət

18 Sentyabr 2021 09:59 2447


Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun rəhbəri olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə probleminin yaranması olub. Mərkəz insan psixikası, davranış, psixodiaqnostika, təlim və müalicə sahəsində ödənişli əsaslarla fəaliyət göstərib.  

Pandemiya dövründə ölkədə qapanmaların olması səbəbindən qurumda ciddi maliyyə problemləri yaranıb. Nəticədə əksər əməkdaşlar, psixoloqlar bu təşkilatla yollarını ayırıblar. Marqarita pizza

Məsələ ilə bağlı açıqlama verən Səməd Seyidov Siyasi Psixologiya Mərkəzinin bağlandığını dolayısı ilə təsdiq edib: "Vallah pandemiya dövründə ölkədə heç bir mərkəz normal işləyə bilməzdi. Bu barədə çox danışa bilmirəm, sükan arxasındayam, avtomobil idarə edirəm”.

Qeyd edək ki, Səməd Seyidov 2016-cı ildə Siyasi Psixologiya Mərkəzini təsis edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!